7-ci mikrorayonda binanın qarşısında acınacaqlı vəziyyət – VİDEO

0
138
narkotik-narkoman-spris-bineqedi.jpeg

Bakının Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi bina 6-nın qarşısındakı tikilinin içərisində narkomanların gizli olaraq narkotik istifadə etdikləri iddia edilir.

Bineqedi.com saytı xəbər verir ki, sosial şəbəkədə yayılan videoda qeyd olunur ki, binanın qarşısındakı tikilidə antisanitar vəziyyət yaranıb, tikilinin içərisi narkotik qəbulunda istifadə edildiyi ehtimal olunan şprislərlə doludur.

Sosial şəbəkədə yayılan videoda bildirilir ki, əvvəllər bu ərazidə belə bir vəziyyət olmayıb. Lakin son vaxtlar tikilinin içərisində şprislərin sayı artmaqda davam edir.

Videoda vurğulanır ki, bina sakinlərinin uşaqlarının içərisində oynadıqları bu tikilidə şprislərin olması şübhəsiz ki, uşaqların həyat və sağlamlığı üçün təhlükəlidir.

Sosial şəbəkədə yayılmış videonu təqdim edirik.

 

Əvvəlki məqaləBinəqədidə “Heydər Əliyev İli”nə həsr olunmuş stolüstü tennis turniri keçirilib – FOTOLAR
Növbəti məqalədəBinəqədidə yol qəzaları baş verib…