Nazir: “Vətəndaş dövlətdən narazı qalmasın deyə, ona havayı diplom verəndə axırı yaxşı qurtarmır”

0
385
emin-emrullayev-tehsil-naziri

“Sənədində axund, imam, şəriət müəllimi yazılan şəxs bizə müraciət edir ki, mənə diplom ver. Diploma hansı ixtisası yazaq? Onun oxuduğu sahə təsdiq olunan ixtisas təsnifatında yoxdur, diploma hansı ixtisası yazım?!”

Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

“Bir neçə min şəxsi misal çəkə bilərəm ki, tədris aldığı ölkənin dilini belə bilmir. Belə şəxsə diplomu necə verək?! Xaricdə təhsil almış şəxslərin işlərinin asanlaşdırmaqla keyfiyyəti qurban vermək olmaz. Qiyabi sessiyalarla oxuduğunu deyən şəxsin də diplomunu tanıya bilmirik”, – deyə nazir bildirib.

E.Əmrullayev, həmçinin distant təhsilə keçidlə bağlı səsləndirilən təkliflərə də cavab verib:

“Nəzərə almaq lazımdır ki, pandemiya dövründə ilk dəfə olaraq ümumtəhsil müəssisələrində distant tədris rejiminə keçid etdik. Artıq bu ilin mayında distant təhsilin nəticələrini görəcəyik. Şəxsi mülahazələrim odur ki, nəticə əsaslı şəkildə aşağı düşəcək. Çünki 2020-2021-ci ildə şagirdlər, ümumiyyətlə, dərsə getməyərək distant təhsilə cəlb olundu. Həmin zaman ərəfəsində təhsilalanların öyrənmə bacarıqlarının nə dərəcədə itməsi və ya əksi məsələsini may ayında biləcəyik”.

“Biz ali təhsil müəssisələri arasında rəqabətliliyə meyil etmirik”.

Bineqedi.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.

O bildirib ki, məsələn, tibb bir yerdə olsa, daha yaxşıdır, 4 yerdə olsa, keyfiyyət itə bilər: “Bu gün Azərbaycan universitetində bir mühəndis hazırlamaq üçün 1600 manat vəsait ödənilir. 1600 manata beynəlxalq rəqabətədavamlı mühəndis necə hazırlaya bilərik?”

“Elə tələbələr var ki, ixtisası olan xarici dili bilmirlər”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı Milli Məclisdə keçirilən ictimai dinləmədə deyib.

“Adam xarici dildə hüquq, mühəndis ixtisasına yiyələnib. Amma həmin dili bilmir. İndi burada problem kimdədir? Daha sonra tələbə dövlətdən narazı qalır. Bu vəziyyətdə vətəndaş dövlətdən narazıdırsa, burada mən nə etməliyəm?”, – deyə nazir çıxışında vurğulayıb.

“Bu gün ali məktəbə daxil olanların 90%-dən çoxu universiteti bitirir. Dövlətdən narazı qalan vətəndaşa yalançı diplom verməklə vəziyyət düzəlməz”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, ədalətli yanaşma odur ki, diplom ala bilməyənə diplom verilməsin:

“Bolonya sisteminə keçəndən sonra minlərlə saxta diplomu olanları müəyyənləşdirmişik. Misal olaraq, Azərbaycan Tibb Universitetinin rektoru ilə müzakirə etdiyimiz məsələ var idi ki, həkim diplomu alıb harada necə oxuduğu bəlli olmayan şəxslər var”.

“Biz işə qəbulda görürük ki, pedoqoji diplom almış məzun müəllimlərin işə qəbul imtahanında minimal bal yığmır. Sual olunur ki, biz bu diplomu ona niyə vermişik?! Həqiqət bundan ibarətdir ki, vətəndaş dövlətdən narazıdır. Biz vətəndaş dövlətdən narazı qalmasın deyə ona havayı diplom verəndə axırı yaxşı qurtarmır. O vətəndaş daim narazı qalır ki, onda mənə bir dənə də iş ver və s. Nə vaxtsa, ona “yox” deməyilik”, – deyə elm və təhsil naziri əlavə edib.

“Bu gün orta ixtisas təhsili müəssisələri (kolleclər) əmək bazarı tərəfindən tam anlaşılmır”.

Nazir qeyd edib ki, buna görə də “Ali təhsil haqqında” qanun layihəsində kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsü var: “Bu gün əmək bazarında ali təhsilli şəxslərin iş tapmasında müəyyən çətinliklər yaşanır. Kollec məzunlarında bu problem daha dərindir”.

“Azərbaycan-Türkiyə Universitetinin yaradılması ilə bağlı ləngimə bizim qanunvericiliklə bağlıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

“Bəzən hansısa ölkə ilə saziş imzalamaq istəyirik, amma qanunvericiliklə bunu tənzimləmək olmur. Ona görə də Milli Məclisə gəlmək məcburiyyətində qalırıq. Bununla bağlı problem Fransa-Azərbaycan Universiteti ilə də yaranmışdı”, – deyə nazir vurğulayıb.

“Son illərdə tarixçilər hüquqşünas ixtisasına qəbul ola bilməyənlərdir”.

Nazir qeyd edib ki, qəbul qaydalarında müəyyən dəyişiklik edilməsinə ehtiyac var: “Hazırda qəbul sistemi şaquli qəbul sistemidir. Mahiyyətcə abituriyent ixtisasları ardıcıl olaraq seçir. Abituriyentlər ixtisas seçimini bazara görə yox, özündən əvvəlki abituriyentin seçiminə görə edir. Qəbul bu gün hələ də statistik ölçmələrlə aparılmır”.

“Pandemiya dövründə ilk dəfə olaraq ümumtəhsil müəssisələrində distant tədris rejiminə keçid etdik. May ayında distant təhsilin nəticələrini görəcəyik”.

“Şəxsi fikrimə görə, nəticə əsaslı şəkildə aşağı düşəcək. Çünki 2020-2021-ci ildə şagirdlər, ümumiyyətlə, dərsə getməyərək distant təhsilə cəlb olundu. Bu zaman ərəfəsində təhsilalanların öyrənmə bacarıqlarının nə dərəcədə itməsi və ya əksi məsələsini may ayında biləcəyik”, – deyə nazir vurğulayıb.

O əlavə edib ki, indiki modeldə ali təhsil müəssisələrinin əksəriyyəti dövlətin tabeliyindədir: “Ali təhsil müəssisəsinə muxtariyyətin verilməsində akademik qurum olaraq mahiyyət və fəlsəfənin ciddi müzakirəsinə ehtiyacı var. Hətta elə universitet var ki, təhsil proqramını yaza bilmir və gəlib bizdən xahiş edir”.

Əvvəlki məqaləBinəqədidə yaşayış binasında yanğın olub, 6 nəfər təxliyə edilib
Növbəti məqalədəBinəqədidə N saylı hərbi hissədə abidə və memorial kompleksin açılışı olub – FOTOLAR