Binəqədi sakinləri Prezidentə yazırlar – MƏKTUBLAR

0
130
prezident-bineqedi

Prezident İlham Əliyevə vətəndaşlardan təşəkkür və dəstək məktubları gəlməkdə davam edir. 

Bineqedi.info saytı Binəqədi sakinlərinin dövlət başçısına ünvanladıqları məktublardan bəzilərini təqdim edir:

Müzəffər Ali Baş Komandan!

Mən bir Azərbaycan vətəndaşı olaraq qürur hissi ilə deyə bilərəm ki, Sizin Prezident olduğunuz güclü dövlətdə yaşayıram, Yeni Azərbaycan Partiyasının üzvüyəm.

Sizin uğurlu daxili və xarici siyasətiniz məni qəlbən sevindirir. Qarabağı qaytardığınız üçün Ulu Öndərimiz Heydər Əliyevin və bütün şəhidlərimizin ruhu bu gün şaddır.

Siz – Azərbaycan xalqının qürur mənbəyi, baxıb ilham aldığı Liderisiniz.

Hörmətlə, Mehdiyev Nicat

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

 ***

Möhtərəm cənab Prezident.

Bu məktubu Sizə yazan Vətən müharibəsi şəhidinin həyat yoldaşı Bənövşə Əlizadədir.

Sizin şəhid ailələrinə, qazilərə olan xüsusi diqqət və qayğınızı daim hiss edirik.

Bildirmək istəyirəm ki, işlə təmin olunmağım barədə müraciət etmişdim. Göndərildiyim səhiyyə müəssisəsində yüksək səviyyədə qarşılandım. Müraciətimdə qaldırılan məsələ qısa zaman ərzində müsbət həllini tapdı.

Şəhid ailələrinə göstərdiyiniz xüsusi qayğıya görə Sizə təşəkkürümü bildirirəm.

Hörmətlə, Əlizadə Bənövşə Zakir qızı, şəhid ailəsinin üzvü.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi.

*** 

Möhtərəm cənab Prezident.

Mir Möhsün Nəvvab Qarabağinin qardaşı Mir Hüseyin Ağamirovun qız nəticəsi olaraq Sizə dərin minnətdarlığımı bildirirəm.

Mir Möhsün Nəvvab Qarabağinin erməni vandalları tərəfindən dağıdılmış məzarının Sizin göstəriş və qayğınız əsasında bərpa olunması və Sizin şəxsən məzarı ziyarət etməyiniz məni həm qürurlandırdı, həm də duyğulandırdı.

Cənab Prezident, Sizə sonsuz təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Allah Sizi daim var eləsin.

Hörmətlə, Allahverdiyev David Mübariz oğlu. Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

*** 

Hörmətli cənab Prezident.

Azərbaycan bu gün bir çox beynəlxalq tədbirlərin, qarşılıqlı razılaşmaların təşəbbüskarı və təşkilatçısı kimi çıxış edir. Eyni zamanda, dünyaya öz modelini, öz brendini təqdim edir. Sizin müəllifi olduğunuz “ASAN xidmət” modeli buna ən gözəl nümunələrdən biridir. Bu modelin uğurla gerçəkləşməsi ölkəmizin beynəlxalq imicinin yüksəlməsinə, ən əsası da xalqımızın bir sıra xidmətlərdən rahat istifadə etməsinə, dövlət qurumlarına əlçatanlığın asanlaşmasına yol açdı.

Sizin rəhbərliyinizlə məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlar ölkə vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsində yeni mərhələnin başlanğıcı oldu. Bu sahədə mövcud nöqsanlar aradan qaldırıldı, əhalinin məhkəmə sisteminə inamı daha da artmaqdadır.

Biz vətəndaşlar üçün bütün bunların önəmi, əhəmiyyəti çox böyükdür. Azad, firavan, tərəqqipərvər ölkədə yaşamaq hər bir insanın arzusudur və Siz bu arzumuzu reallaşdırmısınız.

Tutduğunuz bu mötəbər yolda Ulu Tanrı hər zaman dayağınız və köməyiniz olsun.

Hörmətlə, Qarayev Arzuman

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi.

Əvvəlki məqalə“Zəngəzur dəhlizi layihəsinin reallaşmaması Ermənistanla deyil, İranla bağlıdır”
Növbəti məqalədəLaçın sərhəd-keçid məntəqəsi atəşə tutuldu – Hərbçimiz yaralanıb