Binəqədidə “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

0
76
bineqedi-gencler-idman-idaresi

Binəqədi Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şöbəsi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 284 №-li tam orta məktəbdə “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.
Bineqedi.info xəbər verir ki, tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov, Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Xalidə Rzayeva və Amal Məlikov, 284 №-li tam orta məktəbin direktoru Nizami Novruzov, müəllim və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər – Nizami Novruzov, Rauf Həsənov, Şəmsi Gülverdiyev və Amal Məlikov ölkəmizdə insan hüquqlarının hər zaman ön planda olduğunu və dövlətimizin bu sahədə gördüyü işlərdən danışıblar.

Qeyd olunub ki, Azərbaycan dövləti siyasi-hüquqi potensialından tam istifadə etməklə, bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün tədbirlər görür.
Sonra məktəblilərin təqdimatında insan hüquqları mövzusunda kiçik səhnəcik nümayiş etdirilmiş və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

Əvvəlki məqaləƏ. D. Məlikov adına Binəqədi Tibb Mərkəzi
Növbəti məqalədəM.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı Binəqədi ərazisində yerləşir