Binəqədidə adam bıçaqlayan şəxs məhkəmə zalından azad edilib

0
44

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Nəsimi Əbilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, N.Əbilova 2 il sınaq müddəti təyin edilməklə, 3 il şərti azadlıqdan məhrumetmə cəzası verilib. O, məhkəmə zalından azad edilib.

Qeyd edək ki, hadisə Sabunçu rayonunda baş verib. İttihama görə, Kürdəmir rayon sakini, 1997-ci il təvəllüdlü Ağayev Əhməd Tofiq oğlu Məhəmmədli qəsəbəsi “Güllücə” kafesinin yanında 1991-ci il təvəllüdlü Binəqədi rayonu, Gülüstan qəsəbəsi ev 14-də yaşayan Əbilov Nəsimi Şahin oğlu tərəfindən bıçaqlanaraq çoxsaylı bədən xəsarətləri alıb. N.Əbilovun hadisə yerindən yayınmasına baxmayaraq, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhəmmədli qəsəbəsində hadisə yerinin yaxınlığında saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.report

Əvvəlki məqaləBinəqədidə “Şahmat” birinciliyinin qalibləri məlum olub – Fotolar
Növbəti məqalədəBinəqədidə gənclər İcra Hakimiyyətində 2 aylıq iş təcrübəsinə başlayıblar