Binəqədi rayon 283 nömrəli tam orta məktəbin direktoru təltif edilib

0
221
bineqedi-zeynalova-tunzale-hesen-qizi

Binəqədi rayon 283 nömrəli tam orta məktəbin direktoru Zeylanova Tünzalə Həsən qızı təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim- tərbiyəsi sahəsində nailiyyətlər əldə etdiyinə görə və 5 oktyabr – Beynəlxlaq Müəllimlər Günü münasibətilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təshil işçisi” döş nişanı ilə təltif edilib.

Qeyd edək ki, Tünzalə Zeynalova 2015-ci ildə YUNİSEF və Xəzər Universitetinin birgə təşkil etdiyi “Potensial məktəb direktorları” təlim kursunu uğurla bitirərək, Bakı şəhəri 283 № li tam orta məktəbə direktor təyin olunub. 2000-ci ildən YAP-ın üzvüdür. 2017-ci ildən YAP Binəqədi rayon Təşkilatının sədr müavinidir.

Bineqedi.info

Əvvəlki məqalə“Sağlam məktəbli” layihəsi çərçivəsində Binəqədi məktəbliləri ilə görüş olub
Növbəti məqalədəPoliatlon çoxnövçülüyü üzrə Binəqədi rayon çempionatı keçirilib – Fotolar