Bu qrupda ən yüksək balı o topladı – FOTO

0
3101
bineqedi-rayonu-283-nomreli-mekteb

İyulun 14-də keçirilən I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri dünən açıqlanıb.

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər – Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Əsədov Rüfət Raqif oğlu və Bakı şəhər 283 saylı orta məktəbin məzunu Məmmədli Əli Faiq oğlu göstərib.

Hər iki mərhələnin cəminə görə, I ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 697 bal toplayan Bakı şəhər 57 saylı orta məktəbin məzunu Əlizadə Rəbiyyə Həsən qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 397 bal toplayıb.

Modern.az I ixtisas qrupu üzrə qəbul imtahanında 400 bal toplayan abituriyentlərdən biri – Əli Məmmədli ilə əlaqə saxlayıb.

O bildirib ki, bakalavr təhsilini Bakı şəhərində almaq fikrindədir:
“Bakalavr təhsilimi bitirdikdən sonra magistratura təhsili almaq üçün xaricə getmək istəyirəm”.
Ə.Məmmədli imtahanla bağlı təəssüratlarını bölüşərkən qeyd edib ki, asan heç nə yoxdur:
“Yalnız ciddi şəkildə çalışaraq bütün hədəflərə çatmaq mümkün olur”.

“Təhsilimi xaricdə davam etdirəcəm” - I qrupun lider ABİTURİYENTİ

Əvvəlki məqalə“Qohumunun müalicəsinə pul lazımdır” deyənlərdən biri də tutuldu – Video
Növbəti məqalədəAzərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb – XƏBƏRDARLIQ