Üç övladı ilə evdən çıxan qadından iki gündür xəbər yoxdur

0
2184

Bakıda qadın övladlarını da götürüb ata evindən çıxıb və geri qayıtmayıb.

Bineqedi.com xəbər verir ki, DİN-dən verilən məlumata görə, bununla bağlı qadının atası Quliyev Hümbət Firudun oğlu Binəqədi RPİ-nin 43-cü polis bölməsinə ərizə ilə müraciət edib.

Məlumata görə, 1965-ci il təvəllüdlü, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yaşayan Quliyev Hümbət Firudun oğlu ərizəsində bildirib ki, yanvarın 2-də onunla eyni ünvanda yaşayan qızı 1991-ci il təvəllüdlü Quliyeva Mənzər Hümbət qızının övladları – 7, 8 və 10 yaşlı üç övladı ilə birlikdə 02.01.2025-ci il tarixdə, saat 16 radələrində yaşadıqları evdən çıxıb gedərək geri qayıtmayıblar.

Faktla bağlı araşdırma aparılır.

***

Bakıda bıçaqlanma hadisəsi olub.

Bineqedi.com Lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Binəqədi qəsəbəsində baş verib.

43 yaşlı Rəfael Rafiq oğlu Əliyev qarnından bıçaq xəsarətləri alaraq Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

Əvvəlki məqalə“Azəriqaz” yeni tariflərin tətbiqinə start verdi
Növbəti məqalədəKeçid ballarında dəyişikliklər: Bu il nələr gözlənilir?