Bakıda qadın övladlarını da götürüb ata evindən çıxıb və geri qayıtmayıb.
Bineqedi.com xəbər verir ki, DİN-dən verilən məlumata görə, bununla bağlı qadının atası Quliyev Hümbət Firudun oğlu Binəqədi RPİ-nin 43-cü polis bölməsinə ərizə ilə müraciət edib.
Məlumata görə, 1965-ci il təvəllüdlü, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yaşayan Quliyev Hümbət Firudun oğlu ərizəsində bildirib ki, yanvarın 2-də onunla eyni ünvanda yaşayan qızı 1991-ci il təvəllüdlü Quliyeva Mənzər Hümbət qızının övladları – 7, 8 və 10 yaşlı üç övladı ilə birlikdə 02.01.2025-ci il tarixdə, saat 16 radələrində yaşadıqları evdən çıxıb gedərək geri qayıtmayıblar.
Faktla bağlı araşdırma aparılır.
***
Bakıda bıçaqlanma hadisəsi olub.
Bineqedi.com Lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Binəqədi qəsəbəsində baş verib.
43 yaşlı Rəfael Rafiq oğlu Əliyev qarnından bıçaq xəsarətləri alaraq Respublika Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb.