Prezident İlham Əliyevlə Ərdoğan Laçın hava limanının açılışını etdi – Video

0
2146

Bu gün 28 May – Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanının açılışı baş tutub.

Bineqedi.com  xəbər verir ki, açılışda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Qardaş ölkə prezidentləri açılış rəmzini bildirən lenti kəsiblər.

Laçın Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.

***

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 




Əvvəlki məqaləBinəqədidə “Müstəqilliyimiz Əbədidir!” adlı tədbir keçirilib – FOTO
Növbəti məqalədə“Azərbaycan ordusu atəş açmayıb” – MN