“Azərbaycan ordusu atəş açmayıb” – MN

0
2467
mudafie-nazirliyi.

Azərbaycan Ordusu Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bildirilib ki, mayın 29-da gecə saat 01:00-dan 01:15-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış binasının ziyan görməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir:

“Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və növbəti təxribatlarına zəmin yaratmağa cəhd edir. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və mülki obyektlərə atəş açmır”.qafqazinfo.az

Əvvəlki məqaləPrezident İlham Əliyevlə Ərdoğan Laçın hava limanının açılışını etdi – Video
Növbəti məqalədəBu siniflər də liseylərə imtahan verə biləcək – Qadağa aradan qaldırıldı