Dünən əsən güclü küləyin təsirindən Binəqədi-Xırdalan şossesində 1968-ci il təvəllüdlü Xəlilov Qalib Məzahir oğlunun üzərinə dəmir darvaza aşıb.
Bineqedi.info saytı xəbər verir ki, yaralı ağır xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.
Binəqədi rayonunun Biləcəri qəsəbəsində isə güclü küləyin təsirindən su çəni aşıb.
Belə ki, 2005-ci il təvəllüdlü Abbasov Amin Ramin oğlu küçədə hərəkətdə olan zaman həmin su çəni onun üstünə düşüb.
A. Abbasov ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.