Azərbaycanda bu müəllimlər 2250 manat alacaq – SİYAHI

0
9884

Elm və Təhsil Nazirliyi ümumtəhsil pilləsi üzrə dərsliklərin qrif üçün qiymətləndirilməsi işlərinə başlayıb.

Bineqedi.com xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, nazirlik bununla bağlı bir sıra müəllimlə müqavilələr bağlayıb.

Müqavilələrə əsasən, bir neçə dərsliyin qrif üçün qiymətləndirilməsinə ali və orta təhsil məktəblərindən cəlb olunan müəllimlərin sayı 20 nəfər müəyyənləşib.

11 müəllimə 750 manat məbləğdə vəsait ödəniləcək:

– Aslanova Zərifə Akif qızı, Amelina İrina Vasilyevna, Teymurova Simayə Hafiz qızı, İsmayılov Afiq Dilbazi oğlu, Xəmmədova Sevil Ənvər qızı, Əbdürrəhimova Nəzakət Vaqif qızı, Quliyeva Esmira Mahmud qızı, Əliyev Elgün Bəxtiyar oğlu, Zeynalova Samirə Nizami qızı, Hümbətova Rəsmiyə Muradəli qızı, Məcidova Gülnarə Adil qızı.

6 müəllimə 1500 manat məbləğdə vəsait ödəniləcək:

– Rəhimova Məhsəti Müseyib qızı, Əkbərova Leyla Eldəniz qızı, Bağırlı Aygün Ağabağır qızı, Piriyev Rəhman Həkim oğlu, Məmmədova Sənubər Abdulrəhim qızı, Səlimova Gülnarə Əjdər qızı.

3 müəllimə 2250 manat məbləğdə vəsait ödəniləcək:

– Hacıyev Asif Xatabala oğlu, Zeynalova Mehriban Səyavuş qızı, Mehdiyeva Elmira İsmayıl qızı.

Qeyd edək ki, qrif – ümumi təhsil müəssisələrində dərsliyin istifadəsi üçün Elm və Təhsil Nazirliyi tərəfindən verilən eyniləşdirmə nömrəsidir. Bu, tədris vəsaitlərinə nəşr hüququ verilməsi deməkdir.  Ümumi təhsil müəssisələrində istifadə edilməsi üçün dərsliklərin təsdiqlənməsi onlara qrif verilməsi yolu ilə həyata keçirilir.

Dərsliyə qrif verilməsi ümumi təhsil müəssisəsinin müraciəti və ya Nazirliyin təşəbbüsü əsasında həyata keçirilir. Qrif verilməsi üçün dərsliyin qiymətləndirilməsini həyata keçirmək məqsədilə Nazirlik tərəfindən müvafiq sahədə 10 ildən artıq pedaqoji təcrübəsi və ya elmi dərəcəsi olan ən azı 3 nəfər mütəxəssis cəlb edilir. Bu mümkün olmadıqda, dərsliyin qiymətləndirilməsinə daha az sayda mütəxəssis cəlb edilə bilər.

Əvvəlki məqaləDYP-dən radarlarla bağlı vacib AÇIQLAMA
Növbəti məqalədəBahis Tecrubenizi Mostbet Platformasi ile Artirin