Sosial yardım məbləğində artımlar olacaq? – Deputatdan AÇIQLAMA

0
9888
pensiya-manat

“Azərbaycan Prezidenti “Yaşayış minimumu haqqında” Qanunda dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə şəxslər üçün də yeni qida normaları təsdiq ediləcək”.

Bineqedi.com xəbər verir ki, bunu iqtisadçı-deputat Vüqar Bayramov sosial şəbəkə hesabındakı paylaşımında deyib.

O bildirib ki, əvvəlki qanunvericilikdə sosial sahəyə aid müəssisələr üçün normaların təsdiqi nəzərdə tutulmurdu və bu da institutsional olaraq onların bu imkandan tam faydalanmasına imkan vermirdi. Yeni dəyişikliklər bu boşluğu aradan qaldırdı:

“Nazirlər Kabineti tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarını üç ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat verəcək.

Bəs, sosial yardım məbləğində artımlar olacaqmı?

Eyni zamanda, gözlənilir ki, sonuncu dəfə 11 il öncə təsdiq edilən minimum istehlak səbətinin yeni tərkibi bu il müəyyənləşərək təsdiq olunacaq. Bu da sözügedən qanunun 3.2-ci maddəsinin tələblərinə uyğun həyata keçirilir.

Minimum istehlak səbətinin yeni tərkibinin müəyyənləşdirilməsi son təsdiqdən ötən dövrdə yaranan xərclərin də nəzərə alınmasına imkan verəcək. İstehlak səbətinin yeni tərkibinin müəyyənləşməsi hazırda dəyəri 285 manat olan yaşayış minimumunun növbəti dövrlərdə də artırılması üçün imkanlar yaradacaq. Nəticədə, ehtiyac meyarının artırılması sosial yardım məbləğinin də yüksəlməsinə imkan verəcək. Çünki, o meyar nə qədər çox artırsa dövlət büdcəsindən sosial yardıma o qədər çox vəsait ayrılır. Bu isə xüsusən sosial dəstəyə daha çox ehtiyacı olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi baxımdan vacibdir”.

***

Bu ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 9.1% artaraq 1 095 manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində ortaaylıq nominal əməkhaqqı daha yüksək olub.

İyunun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 769.2 min nəfər olub, onlardan 873 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 896.2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 18.7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18.6%-i təhsil, 13.6%-i sənaye, 8.6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.6%-i tikinti, 6.3%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.2%-i nəqliyyat və anbar təsərrüfatı, 3.9%-i peşə, elmi və texniki fəaliyyət, 2.4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.3%-i maliyyə və sığorta fəaliyyəti, 14.8%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Əvvəlki məqaləPrezident Milli Onkologiya Mərkəzinə 650 min manat ayırdı – Sərəncam
Növbəti məqalədəElxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – Foto