100 min oğurlayıb xaricə istirahətə getdi – Video

0
9114
ogurluq-cinayet-polis

Qax rayonunda yerləşən iki evdən oğurluq edilib.

Bineqedi.com DİN-in Mətbuat xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, axşam saatlarında evlərə daxil olan naməlum şəxs 100 min manata yaxın pul və 25 min manat dəyərində qızıl-zinət əşyalarını talayaraq ələ keçirib.

Polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə dəfələrlə məhkum edilmiş 32 yaşlı Elçin Rəşidov saxlanılıb. O oğurladığı maddi vəsaitlə xarici ölkələrə istirahətə getdiyini, qızıl-zinət əşyalarını isə lombarda girov qoyaraq əvəzində pul götürdüyünü bildirib.

Araşdırmalarla E.Rəşidovun paytaxtın Binəqədi rayonunda da oğurluq etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Binəqədi rayonunun Biləcəri qəsəbəsində evə daxil olan şəxsin oğurluq cəhdinin qarşısı alınıb.

Həyəcan siqnalının işə düşməsi nəticəsində hadisə yerinə yaxınlaşan Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları şübhəlini evdə saxlayıblar.

Saxlanılan 1991-ci il təvəllüdlü şəxs barəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin rəqəmsal həyəcan sistemi effektivliyinə görə seçilir. Mühafizəyə cəlb olunan ev, mənzil və obyektlərdə kənar müdaxilə baş verdiyi halda polis 1–5 dəqiqə ərzində hadisə yerinə müdaxilə edir.

Əvvəlki məqaləPrezident İlham Əliyev AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxış edib – FOTO
Növbəti məqalədə“Təcili yardım çatanda süfrə açıblar ki, Yeni ili bizimlə keçir…” – Videoreportaj