“Smart-kart” tipli qaz sayğacları niyə dəyişdirilir? – AÇIQLAMA

0
9894

Paytaxtın Xətai rayonu Gəncə prospektində çoxmərtəbəli binaların bəzilərində smart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəz olunması bəzi vətandaşların narazılığına səbəb olub.

Vətəndaşların sözlərinə görə, bu proses onlara deyilmədən edilib:

“Smart-kartla işləyən qaz sayğacları həm nəzarət, həm də istifadə baxımdan rahat idi. Bu sistem vasitəsi ilə qaz sərfiyyatını asanlıqla izləmək, balansı bilmək olurdu. Lakin indi elə deyil. Nə sərfiyyatı bilmək olur, nə də ödənişi əvvəlcədən planlamaq”.

Məsələ ilə bağlı Azəriqaz İstehsalat Birliyindən bildirildi ki, bu barədə vətəndaşlara sms göndəririk. Eyni zamanda bu barədə abonentləri məlumatlandırdıqdan sonra sayğacları əvəz edirik. Mexaniki sayğaclara xüsusi cihazlar quraşdırılacaq. Qapını açmayan vətəndaşların sayğacları isə yaxın adamları və qonşuların iştirakı ilə yenisi ilə əvəz olunacaq.

Qeyd edək ki, smart kartın üzərində olan məbləğ silinməyəcək. Abonent həmin vəsaitdən növbəti ayda istifadə edə biləcək.milli.az

 

Əvvəlki məqaləBinəqədidə şəhidin məzarı ziyarət olunub – Foto
Növbəti məqalədəParada görə bu marşrutların istiqaməti dəyişdirilir – Siyahı