Binəqədidə 49 yaşlı qadın qidadan zəhərlənərək ölüb? – AQTA-dan AÇIQLAMA

0
9113

Bakı şəhəri Binəqədi rayonunda yaşayan 1976-cı il təvəllüdlü Qərənfil Nəcəf qızı Cabbarovanın qidadan zəhərlənməsi ilə bağlı məlumatlar yayılıb.

Bineqedi.com xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Binəqədidə qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb.

“Məsələ ilə bağlı aidiyyəti üzrə AQTA tərəfindən araşdırmalar aparılıb. Belə ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə anafilaktik şok diaqnozu ilə hospitalizasiya olunan xəstəyə göstərilən yardımlara baxmayaraq, ölüm baş verib.

Xəstəxanadan verilən məlumata görə, pasiyentə adekvat təyin edilmiş və düzgün tətbiq edilmiş dərman maddəsinə patoloji reaksiya, toksik epidermal nekroliz, digər və dəqiqləşdirilməmiş dərman vasitələri, medikamentlər və bioloji maddələrlə təsir etmə, dəqiqləşdirilməmiş ürək çatışmazlığı diaqnozu qoyulub”, – məlumatda deyilir.

Əvvəlki məqaləElxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO
Növbəti məqalədəHoradiz–Cəbrayıl-Zəngilan–Ağbənd avtomobil yolu ödənişli olacaq