Binəqədi rayonunda imtiyazlı xəstələr üçün yeni aptek fəaliyyətə başlayıb – FOTO

0
9910

Bakının Binəqədi rayonunda 30 nömrəli Şəhər Poliklinikasının nəzdində imtiyazlı xəstələr üçün yeni aptek fəaliyyətə başlayıb.

Bineqedi.com xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, aptek Binəqədi rayonunun Biləcəri qəsəbəsi əhalisinin qeydiyyatda olduğu 15 nömrəli və Binəqədi qəsəbəsi əhalisinin qeydiyyatda olduğu 35 nömrəli Şəhər Poliklinikalarının imtiyazlı xəstələrinin dərman təminatını həyata keçirəcək.

9 nömrəli Şəhər Poliklinikasının mərkəzləşdirilmiş apteki 9-cu mikrorayon ərazisində yerləşdiyindən, məsafənin uzaq olması Biləcəri və Binəqədi qəsəbəsi sakinlərinə dərman təminatı zamanı bir sıra çətinliklər yaradırdı. Artıq bu çətinliklərə son qoyulur. Yeni fəaliyyətə başlayan aptekin yaxın məsafədə yerləşməsi sözügedən qəsəbələrin sakinlərinin işini xeyli asanlaşdıracaq.

Aptek ümumilikdə, 4692 nəfər əhaliyə tibbi xidmət göstərəcək. Bunlardan ümumilikdə, 2400 nəfəri 15 nömrəli, 2292 nəfəri isə 35 nömrəli Şəhər Poliklinikalarının dispanser qeydiyyatda olan xəstələrini əhatə edir.

Belə ki, 52 kvadrat metr sahədə yerləşən aptek müasir tibbi avadanlıqlarla təmin olunub.

Qeyd edək ki, əhaliyə göstərilən tibbi xidmətin əlçatanlığının təmin edilməsi, tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə TƏBİB rəhbərliyi tərəfindən ilkin səhiyyə xidməti müəssisələrində tədbirlərin həyata keçirilməsi mütəmadi olaraq davam etdirilir.

Qeyd edək ki, Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti müəssisələrində qeydiyyatda olan imtiyazlı xəstələrin dərman təminatı rayonlar üzrə mərkəzləşdirilmiş qaydada imtiyazlı apteklər tərəfindən həyata keçirilir. Binəqədi rayonu ərazisində isə mərkəzləşdirilmiş aptek 9 nömrəli Şəhər Poliklinikasında yerləşir. Bu isə vətəndaşların dərman təminatı zamanı bir sıra növbələrin yaranmasına səbəb olurdu.

Bir bir və ya daha çox şəxs və xəstəxana şəkili ola bilər

Bir siyirmə qapı və qapalı yer şəkili ola bilər

Bir mətn şəkili ola bilər

Bir ‎dərman və ‎bunu deyən yazı "‎M Diabzid M M Diabzid M Diabzid M Diabzid Diabzid Diabzid DiabzidM Diabzid Diabzid M Diabzid12 Diabzid M Diabzid 복한지 Diabzid DiakzioN Diabzid M DiabzidM Diabzid Diabzid Diabuoid M Diabzid! Diabzid Diabzid Diabzid Diabzid Diabzid M DiabridN Diabzid DiabarN Dabar Diabzid Diabzid Diabzid Diabzie piatod piabck AVAEETON MR ሀጠህ DIABETON MR 60ryr 0mq ABETON DREFTUN 700ng wTeИи DIABETON MR ጠ? mq LABETON MR ИT-Иκ2 AИ6TИИ 65mg ΛΗΘETOy RS 5.. ศาต ABETON MR ATe7 QUBETOW Me ப בוזיו DIABETON 4BETON MR 60 6O,Ho んいす‎"‎‎ şəkili ola bilər

Bir dərs, cədvəl və xəstəxana şəkili ola bilər

 

Əvvəlki məqaləBDYPİ sürücülərə çağırış etdi – Video
Növbəti məqalədəTarixin noyabr dərsləri: Hərbi paradın verdiyi mesajlar – ŞƏRH