Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
10995
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin 157 saylı məktəbin həyətində mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi, A.Məmmədov küçəsi 56 saylı ünvanda AZƏRSU tərəfindən aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün vurulması və həmin ünvanda mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi, H.Babaşov küçəsi 17 və 9 saylı ünvanlarda ağacların budanması və eyni zamanda H.Babaşov küçəsi 3 saylı ünvanda quru ağacın götürülməsi, S.Məmmədova küçəsində sahibsiz heyvanların ərazidən yığışdırılması, Ü.Hacıbəyov küçəsi 2/10 saylı ünvanda tut ağacının budanması, Ü.Hacıbəyov 2/10 saylı ünvanda kanalizasiya sularının zirzəmilərə axıntısının qarşısının alınması üçün magistral kanalizasiya xəttlərin əsaslı təmiri, M.Cəlal küçəsi 31 saylı ünvanda avtobus dayanacağına yaxın məsafadə olan quru ağacın götürülməsi və digər ağacın budanması ilə bağlı köməkliyin göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Şəkilin açıqlaması yoxdur.
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və klarnet şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Əvvəlki məqaləBakıda qışa hazırlıq tədbirləri davam edir – Foto
Növbəti məqalədəBinəqədidəki sığınacaqda pəncərədən yıxılan 16 yaşlı qız öldü – VİDEO