Binəqədidə evdə antibiotik vurulan kişi şoka düşüb öldü

0
9093

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Bineqedi.com xəbər verir ki, yanvarın 22-si saat 02 radələrində 1966-cı il təvəllüdlü Vüqar Qulamhəsən oğlu Məmmədov yaşadığı Binəqədi qəsəbəsi Cəfər Cabbarlı küçəsindəki evdə antibiotikdən şoka düşərək ölüb.

Belə ki, səhhətində problem yarandığından ona ailə üzvü tərəfindən antibiotik iynəsi vurulub. Bu zaman V.Məmmədovun halı daha da pisləşib və o vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

***

Bakıda yanacaqdoldurma məntəqəsində (YDM) huşunu itirən kişi soyğunçuluğa məruz qalıb.

Bineqedi.com teleqraf-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Epilepsiya xəstəsi olan 62 yaşlı Şahlar Şıxməmmədov idarə etdiyi “AzSamand” markalı avtomobillə “Şamaxinka”dakı YDM-də olarkən huşunu itirib və yerə yıxılıb. O, YDM-nin əməkdaşları və sürücülərin köməkliyi ilə Binəqədi Tibb Mərkəzinə yerləşdirilib. Xəstəxanada özünə gələn Şahlar Şıxməmmədov müəyyən edib ki, onun üzərində olan telefon və 930 manat pulunu oğurlayıblar.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində araşdırma aparılır.

Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyətində növbəti qəbul – FOTO
Növbəti məqalədəVilayət Eyvazov bununla bağlı tapşırıq verdi – Foto