Sürücünün ani tələskənliyi qəzaya səbəb oldu – Video

0
9882

Bakıda sürücünün ani tələskənliyi qəzaya səbəb olub.

Bineqedi.com xəbər verir ki, hadisənin görüntülərini Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yayıb.

Bildirilib ki, yol-nəqliyyat hadisələrinin baş verməsi bəzən bəzi sürücülərin yollarda tələskənliyi səbəbindən olur.

“Xüsusilə də işıqforun yaşıl işıq siqnalı tam yanmadan, həmçinin qırmızı işıq siqnalının yanmasına saniyələr qalmış sarı işıq siqnalında hərəkətə başlamaq qəzanın baş verməsi ilə nəticələnir.

İşıqforun qırmızı işığının yanması və ya yanıb-sönməsi siqnalı hərəkəti qadağan edir. Bundan əlavə, sarı rəngli işığın yanması hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir. Hərəkət etmək üçün isə yaşıl rəngli işıq siqnalını gözləmək lazımdır. İşıqforun siqnallarına riayət etmək “Yol hərəkəti haqqında” Qanunun 60-cı maddəsi ilə məcburidir”, – məlumatda bildirilib.

Əvvəlki məqaləÇoxları bilmir: Pensiyaçılar bu vergilərdən azaddır
Növbəti məqalədəBakının əvvəllər Kirovun, indi isə Rəsulzadənin adını daşıyan qəsəbəsindən REPORTAJ – VİDEO