Talassemiya gen daşıyıcıları hərbi xidmətə yararlıdırmı? – Rəsmi

0
9094

Talassemiya gen daşıyıcılarının hərbi xidmətə yararlılığı ilə bağlı açıqlama verilib.

Bineqedi.com xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatına görə, qüvvədə olan qanunvericiliyə əsasən talassemiya xəstəliyinin gen daşıyıcısı olan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər.

Qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nə əsasən, bu diaqnozla şəhadətləndirilən şəxslər “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlı” sayılırlar.

Əvvəlki məqaləMoped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq