Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi – Anbaan video

0
9090
tecili yardim

Bakıda ağır yol-nəqliyyat hadisəsi olub.

Bineqedi.com xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkədə yayılıb.

Məlumata görə, dünən saat 18:49-da Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Ramana yolunda 214 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı, 10 TG 815 dövlət qeydiyyat nişanlı avtobus piyadanı vurub.

Belə ki, yaşlı qadın digər avtobusdan düşərkən arxadan gələn nəqliyyat vasitəsi onu vurub, daha sonra üstündən keçib.

1951-ci il təvəllüdlü Bağda Sovin qızı aldığı xəsarətlərdən vəfat edib.

***

Fakta görə Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri aparılır.

***

AYNA-dan bildirilib ki, iyunun 20-də saat 18:48 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Ayşən LTD” MMC-nin müvəqqəti istismarında olan 214 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus piyada səkisinə çıxaraq 214A nömrəli avtobusdan düşən sərnişini vurub. Hadisə ilə əlaqədar təəssüfləndiyimizi bildiririk və həyatını itirən şəxsin yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və sürücünün hərəkətlərində hüquqi məsuliyyət doğuran hallar araşdırmanın nəticələrinə əsasən müəyyən ediləcək.

Sözügedən marşrutda mütəmadi olaraq sərnişindaşıma norma və qaydalarının pozulması halları baş verdiyindən marşrut xətti müsabiqəyə çıxarılmışdır. Artıq AYNA tərəfindən keçirilən müsabiqə nəticəsində 214 və 214A nömrəli marşrutlar üzrə yeni daşıyıcı müəyyən edilib. Yaxın günlərdə yeni daşıyıcı xətlərin istismarını həyata keçirəcək”,- deyə əlavə edilib.

.

Bakının Sabunçu rayonunda sərnişin avtobusu piyadanın üstündən keçərək onun ölümünə səbəb olub.

Dəhşətli hadisə dünən Ramana qəsəbəsi, Yeni Ramana yolunda qeydə alınıb.

Məlumata görə, 214 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı, 10 TG 815 dövlət qeydiyyat nişanlı avtobus digər nəqliyyat vasitəsindən düşən 71 yaşlı piyadanı vurub, daha sonra isə üstündən keçib. Ağır xəsarətlər alan 1951-ci il təvəllüdlü Bağda Sovin qızı aparıldığı Sabunçu xəstəxanasında vəfat edib.

Mərhumun nəvəsi nənəsinin onlara gələn zaman qəzaya düşdüyünü bildirib:

“Nənəm normal qaydada avtobusdan düşüb. Ancaq digər avtobus sağdan keçərək, nənəmi ağır şəkildə vurdu, avtobusun altında qaldı. Həmişə də gəlib kiminsə başına bəla olurlar, əsasən də 214 nömrəli avtobus. Nənəmin hadisə yerində gözləri açıq idi. Yalnız ayaqları, qolları qırılmışdı, qabırğası partlamışdı”.

Hadisə şahidlərinin sözlərinə görə, qəza piyada səkisinin üzərində baş verib:

“Deyirlər ki, maşının əyləci tutmayıb. Necə olur ki, sonradan əyləci tutur? Belə başa düşürəm ki, sürücü yuxulu idi”.

Daha ətraflı “Xəzər Xəbər”in reportajında:

 

Əvvəlki məqaləTalassemiya gen daşıyıcıları hərbi xidmətə yararlıdırmı? – Rəsmi
Növbəti məqalədəAvropanın Ukraynaya artan dəstəyi – Rusiyanın böhranla üzləşən iqtisadiyyatı – ŞƏRH