Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən və özünü də güllələyən Zaur Qəhrəmanovun vəziyyəti açıqlanıb.
Bineqedi.com xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 9-da baş verən hadisə ilə əlaqədar Kliniki Tibb Mərkəzə hospitalizasiya olunan 1983-cü il təvəllüdlü şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, ötən gün Bakıda kişi keçmiş həyat yoldaşının güllələyərək qətlə yetirib, daha sonra özünə atəş açıb, ağır yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
***
Bakıda keçmiş həyat yoldaşını qətlə yetirən Zaur Qəhrəmanov hadisə yerinə “BMW” markalı avtomobillə gəlib.
Günorta saat 15 radələrində o, yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsindəki evindən çıxıb və Bakının Nəsimi rayonu, Mircəlal küçəsi, 2 a ünvanına gəlib.

Zaur avtomobili park etdikdən sonra keçmiş həyat yoldaşını əraziyə çağırıb. O, ov tüfəngini avtomobilin yük yerində gizlədib.
Amalya ilə mübahisədən sonra o, avtomobilin yük yerindən ov silahını götürərək qadına atəş açıb.

















