“Zəngəzur dəhlizi vacib layihədir”

0
9091

“Onlar (ABŞ rəhbərliyi – red.) dərk edirdilər ki, Zəngəzur dəhlizi vacib layihədir, çünki bu, Azərbaycanı onun Naxçıvan bölgəsi ilə birləşdirəcək”.

Bineqedi.com xəbər verir ki, bu fikri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında səsləndirib.

“Onlar çox səmərəli şəkildə işlədilər, həmçinin Ermənistana da izah etdilər ki, bu sülh Ermənistana da lazımdır. Təbii ki, Ağ Evdə tarixi görüş zamanı mən Prezident Tramp və Ermənistanın Baş naziri üçtərəfli bəyanata imza atdıq. Eyni zamanda, iki ölkənin xarici işlər nazirləri də sülh sazişini parafladılar”, – dövlət başçısı vurğulayıb.

“Prezident Trampın yanaşması isə fərqli idi, o, sülhsevər bir insandır və sülhü gətirə biləcək insandır”.

“O, (Tramp – red.) artıq dəfələrlə qeyd edib, dünyanın müxtəlif bölgələrində 8 münaqişəyə son qoyub. Bu, onun təbiətidir, bu, onun baxışıdır və onun siyasətidir. Bizim məsələyə gəldikdə, onun rolu çox vacib idi. Çünki Azərbaycan və Ermənistan danışıqların yekun mərhələsində olarkən Prezident Tramp və onun komandası elə bir çərçivə yaratdı ki, sülh mümkün oldu”.

“Prezident Trampın gördüyü işlərlə ondan əvvəlki administrasiyaların fəaliyyəti arasında böyük fərq var. Təəssüf ki, 30 il davam edən işğal dövründə ABŞ administrasiyasının ovaxtkı Minsk qrupunun həmsədrləri ilə birlikdə əsas məqsədləri bu münaqişənin dondurulmasından ibarət idi. Azərbaycanın əraziləri azad edilmirdi, halbuki bu istiqamətdə BMT Təhlükəsizlik Şurasının qətnamələri var idi ki, bunu onların özləri də qəbul etmişdilər. Məqsəd bu vəziyyəti dondurmaq və bunu Azərbaycana, müəyyən mənada Ermənistana qarşı təsir mexanizmi kimi istifadə etmək idi”, – Azərbaycan lideri əlavə edib.

“Biz əvvəlki illərdə heç ağlımıza gələ bilməyən bazarlara qaz nəql edirik, məsələn, Suriyaya. Suriyadan qonşu ölkələrə də keçə bilərik. Orada da qaza böyük tələbat var”.

“Yəni avropalı tərəfdaşlarla təmaslarımızda biz bu mesajı çatdırırıq ki, bizim uzunmüddətli müqavilələrə ehtiyacımız var, birgə səy göstərərək qaz nəqli sisteminin genişləndirilməsi ehtiyacı var”, – Azərbaycan lideri qeyd edib.

Əvvəlki məqaləBank kartı məlumatlarınızı heç kimlə paylaşmayın – DİN çağırış edir