Binəqədidə şəhidlərin məzarı ziyarət olundu – Foto

0
12351

“Antiterror əməliyyatı” zamanı şəhid olmuş İsayev İsmayıl Çərkəz oğlunun və şəhid Mahmudov Seymur Elsəvər oğlunun anım günləri ilə əlaqədar məzarları ziyarət olunub.

Bineqedi.com saytı xəbər verir ki, ziyarətlərdə şəhidlərin ailə üzvləri və yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Səməndər Mənəfov, sektorun əməkdaşı Rəhman Qəhrəmanov, Binəqədi qəsəbə Bələdiyyəsinin əməkdaşı Bəylər Həsənov, M.Ə.Rəsulzadə Bələdiyyəsinin məsul əməkdaşları və digər şəxslər iştirak ediblər.

Anım mərasimlərində şəhidlərin ruhuna dualar oxunub, məzarları üzərinə tər güllər düzülüb, onların keçdikləri şərəfli döyüş yolu və Vətən qarşısında göstərdikləri qəhrəmanlıqlar yad edilib.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, ruhları qarşısında baş əyir və Uca Tanrıdan onlara rəhmət diləyirik.

Bir bunu deyən yazı "MAHMU MAHMUDOV DOV ŞOHİD MOLİKZADA ZAKİR 27.04.2003 04 4.200" şəkili ola bilər

Şəkilin açıqlaması yoxdur.

Bir Naməlum əsgərin məzarı şəkili ola bilər

Bir Naməlum əsgərin məzarı şəkili ola bilər

Əvvəlki məqaləBinəqədi rayonunda genişmiqyaslı iməclik keçirilib – Foto
Növbəti məqalədəAzərbaycanda Dövlət Suverenliyi Günüdür