Binəqədi rayonunda genişmiqyaslı iməclik keçirilib – Foto

0
9090
Binəqədi rayonunda ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi məqsədilə növbəti ümumrayon iməciliyi keçirildi.
Bineqedi.com-a verilən məlumata görə, rayonun kommunal təsərrüfat birlikləri, idarə, müəssisə və təşkilatlarının əməkdaşlarının iştirakı ilə keçirilən növbəti iməclikdə ərazidə təmizlik işləri aparıldı, prospekt və küçələrdə yollar, səki kənarları, vitrinlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyuldu, park və yaşıllıq ərazilərində qurumuş ot kolları biçildi, yaşıllıq zolaqlarında və hasarlanmış ərazilərdə yanğın hadisələrinin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görüldü. Otlaq və digər yanğına həssas tullantılar ərazilərdən təmizlənib çıxarıldı, səliqə-səhman işləri aparıldı.
Rayon ərazisində təmizlik və abadlıq işləri mütəmadi olaraq davam edir.
Bir şahmat şəkili ola bilər
Şəkilin açıqlaması yoxdur.
Şəkilin açıqlaması yoxdur.
Bir ağac və ot şəkili ola bilər
Bir velosiped, skeytbord, skuter və küçə şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə kişi 14 yaşlı oğlanı pul vədi ilə oğurluğa cəlb etdi
Növbəti məqalədəBinəqədidə şəhidlərin məzarı ziyarət olundu – Foto