Binəqədi rayonu üzrə müəllim və valideynlərin qəbulu keçiriləcək

0
80
resad-tagiyev-tehsil.jpg

Dekabrın 20-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev vətəndaşları qəbul edəcək.

BŞTİ-dən Bineqedi.info saytına bildirilib ki, paytaxtdakı 16 nömrəli Texniki-Humanitar Liseydə Nəsimi və Binəqədi rayonları üzrə keçiriləcək müəllim və valideynlərin səyyar qəbulu saat 10:00-da keçiriləcək.

Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin müdiri tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

 

Əvvəlki məqaləİcra başçısı Xocasən sakinləri ilə səyyar görüş keçirib – Fotolar
Növbəti məqalədə“EuroHome”da malları yanan sahibkarlara kompensasiya ödəniləcək – Şərtlər müəyyənləşdirilir