Biri var idi, biri yox idi. Bir dovşan balası var idi. Dovşan balası itmişdi. Ana dovşan bir neçə gün idi onu axtarırdı.
Ana dovşan həyəcanla ayı qardaşdan soruşdu:
-Mənim balamı görməmisən?
Ayı dedi:
-Hara tələsirsən, narahat olma, hər şeyi bizə danış.
Ana dovşan:
-Mənim balam itib, neçə gündür onu axtarıram.
Onların bu danışığını eşidən dələ dedi:
-Gəlin, hərəmiz bir yolla gedək və bala dovşanı axtaraq. Onlar razı oldular, ancaq heç biri bala dovşanı tapa bilmədi.
Ana dovşan ağacların sıx olduğu yerdə balasını axtararkən gördü ki, kirpi onun balasını tapıb gətirir.
Ana dovşan sevincək dedi:
-Çox sağ ol, kirpi qardaş.
Kirpi dedi:
-Mənim arzum sizi bir yerdə görmək idi, istəmərəm heç bir ana öz balasından ayrı qalsın.
Ana dovşan bala dovşana hirslənib dedi:
-Niyə məndən xəbərsiz getmisən, neçə gündür səni axtarıram.
Bala dovşan anasına qısılaraq:
-Ana, gördüm ki, gəlmirsən, səni axtarmağa getdim.
“Mən harada olsam, yuvaya – sənin yanına gələsi idim” – deyə ana dovşan cavab verdi.
Müəllif: Xədicə İsmayılzadə
Ə. Ələsgərov adına 244 saylı tam orta məktəbin IV sinif şagirdi.