Azərbaycanda yeni təqaüd təsis olundu – FƏRMAN

0
10091
prezident-serencam-ilham-eliyev

Prezident İlham Əliyev Minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Fərman imzalayıb.

Bineqedi.com bununla bağlı President.az-a istinadən xəbər verir.

Fərmana əsasən, aylıq təqaüdün məbləği 700 manat müəyyən olunub.

***

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilib.

Bineqedi.com President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Qeyd edək ki, sənəd 2026-cı il fevralın 16-da Rabat şəhərində imzalanıb.

Bundan başqa, Dövlət başçısı “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman da imzalayıb.

Bu sənəd isə 2026-cı il fevralın 17-də Rabat şəhərində imzalanıb.

Əvvəlki məqaləSabahdan bunu edənlər CƏRİMƏLƏNƏCƏK