Daxili İşlər naziri Bakı yol polisinə yeni rəis təyin etdi

0
46
vilayet-eyvazov
Bakı Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin edilib.
Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə bu posta Rəşad Priyev gətirilib.
BDYP-nın rəisi Nuşirəvan Səfərov işdən azad olunandan sonra rəis vəzifəsini R.Priyev icra edirdi.
Bu gün isə onun vəzifəsi rəsmiləşdirilib.
Yeni rəis bu təyinata qədər İdarənin rəis müavini işləyib. Ondan əvvəl isə Beyləqan Rayon Polis Şöbəsinin rəisi olub.
Rəşad Priyev Qarabağ döyüşlərinin fəal iştirakçısı olub, qazidir.bakupost
Əvvəlki məqaləBinəqədidə aprel şəhidinin adını daşıyan bulağın açılışı olub – Fotolar
Növbəti məqalədəBinəqədidə baldızını öldürən, arvadını bıçaqlayan şəxsin məhkəməsi başlayır