Binəqədidə baldızını öldürən, arvadını bıçaqlayan şəxsin məhkəməsi başlayır

0
50
bineqedi mehkeme

Bakı Ağır Cinayətlər Məhkəməsində baldızını bıçaqlayaraq öldürməkdə, arvadına isə xəsarət yetirməkdə təqsirləndirilən Samir Quliyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Hakim Eldar İsmayılovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası yanvarın 21-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında Binəqədi rayonunda – Binəqədi şosesi, döngə 4 ünvanında baş verib. İmişli rayon sakini, 1981-ci il təvəllüdlü Quliyev Samir Qurban oğlu arvadı, 1989-cu il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Ruhəngiz Abdul qızına 14 bıçaq zərbəsi vurub. O, daha sonra 1987-ci il təvəllüdlü baldızı, Kürdəmir rayon sakini Mahmudova Roza Abdul qızına isə 5 bıçaq zərbəsi vuraraq ərazidən qaçıb. Yaralılar Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən 1 saylı Xəstəxanaya çatdırılsa da, Roza Mahmudovanın həyatını xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan S.Quliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.report

Əvvəlki məqaləDaxili İşlər naziri Bakı yol polisinə yeni rəis təyin etdi
Növbəti məqalədəBinəqədi ərazisində əcnəbinin maşınını qaçıran qadın saxlanıldı – Təfərrüat