Nazirlik: “Binəqədidə ağac kəsintisi faktı olmayıb”

0
47
sekkizinci-mikrorayon

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bineqedi.info saytı nazirliyə istinadən xəbər verir ki, araşdırma zamanı ərazidə ağac kəsintisi faktının olmadığı məlum olub.

ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin jurnalistlərə bildirib ki, sözügedən ərazidə qeyri-yaşayış binasının tikintisi məqsədilə tikinti altına düşən müxtəlif cinsli 7 ağacın köçürülməsinə Dövlət Ekspertiza İdarəsi tərəfindən rəy verilib və ağaclar “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC –nin mütəxəssisləri tərəfindən budanaraq 2 saylı Yaşıllaşdırma İdarəsinin ərazisinə köçürülüb.

Əvvəlki məqaləOğurluğa görə həbs edildi: daha bir cinayətinin üstü açıldı – Binəqədidə
Növbəti məqalədəAzay Quliyev İbrahimpaşa Dadaşov küçəsinin sakinləri ilə görüşüb – Fotolar