Bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev 8-ci mikrorayondakı İbrahimpaşa Dadaşov küçəsi 72 və 74 saylı binaların sakinləri ilə görüş keçirib.
Azay Quliyevin Seçki Qərargahından Bineqedi.info saytına verilən məlumata görə, əlverişsiz hava şəraitinə baxmayaraq seçicilər görüşdə iştiraka böyük maraq göstəriblər.
Görüşdə Azay Quliyevin son 4 illik deputatlıq fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Azay Quliyev çıxış edərək ilk dəfə Azərbaycanda 8 saylı Binəqədi birinci seçki dairəsində tətbiq olunan seçicilərin elektron kabinetinin (e-kabinet) əhəmiyyəti və üstünlükləri haqqında ətraflı məlumat verib.
Daha sonra seçicilərin müraciətlərini dinləyən Azay Quliyev onların həlli üçün müvafiq addımlar atacağını və əlaqədar qurumlar qarşısında məsələ qaldıracağını deyib.