9 saylı Binəqədi ikinci Seçki Dairəsindən VI çağırış Azərbaycan Respublikası Mİlli Məclisinə deputatlığa namizədədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir.
Bineqedi.info saytına verilən məlumata görə, o, yanvarın 25-də M.Ə. Rəsulzadə qəsəbəsinin bir qrup sakini ilə görüşüb. K. Qafarov əvvəlcə seçicilərə ölkədə son dövrdə baş vermiş inkişaf və sosial tərəqqi barədə məlumat verib, cəmiyyət həyatının bütün sahələrinin dinamik inkişafının rəhni olan islahatlar barədə ətraflı söz açıb. O, islahatlar prosesinə ölkənin bütün sosial qruplarının dəstək verməsinin zəruriliyini xüsusi vurğulayıb.
Sonra Kamaləddin Qafarov görüşə toplaşan seçicilərin çoxsaylı suallarını cavablandırıb, növbədənkənar parlament seçkilərinin keçirilməsinin siyasi, ideoloji və sosial səbəblərini izah edib. Görüşdə iştirak edən seçicilər fevralın 9-da yüksək fəallıq göstərəcəklərini və ən layiqli namizədlərə səs verəcəklərini bildiriblər.