Təhsildəki 1 həftəlik tətil belə kompensasiya olunacaq

0
32

“Koronavirus infeksiyası ilə bağlı ölkənin ali və orta ümumtəhsil ocaqlarında dərslərin bir həftəlik təxirə salınması kompensasiya olunacaq”.

Bineqedi.info saytı xəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, kompensasiya dərs ilinin uzadılmasının hesabına yox, əlavə dərs saatlarının salınması hesabına həyata keçiriləcək”.

Nazir müavini, həmçinin hazırda dərslərə verilən fasilənin müddətinin uzadılıb- uzadılmayacağından da danışıb. O bildirib ki, vəziyyətdən asılı olaraq məsələ ilə bağlı qərar veriləcək:

“Nazirlər Kabineti tərəfindən Qərargah yaradılıb. Proseslər izlənilir. Nəticədən asılı olaraq müvafiq qərar qəbul ediləcək. Bugünkü tarixə kimi müddətin uzadılması ilə bağlı fikirlər mövcud deyil”.

Əvvəlki məqaləBinəqədidə evlərin həyətindən oğurluq edilib – Təfərrüat
Növbəti məqalədəPrezident irad tutdu, əyləşəcəyi kreslonu dəyişdilər – Məmurlara növbəti nümunə – VİDEO