Binəqədidəki 11 nömrəli Onbirillik Musiqi Məktəbinə Arif Məlikovun adı verildi

0
97

2019-cu ildə “A.C.Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Prezidenti tərəfindən müvafiq sərəncam imzalanıb.

Sərəncamda Bakı şəhərində yerləşən musiqi məktəblərindən birinə Arif Məlikovun adının verilməsi tapşırılıb.

Bineqedi.info xəbər verir ki, bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq Sərəncam imzalanıb.

arif-melikov

Nazirlər Kabinetinin 2020-ci il 23 yanvar tarixli Sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən 11 nömrəli Onbirillik Uşaq Musiqi Məktəbinə Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Cahangir oğlu Məlikovun adı verilib.

Məlumat üçün bildirək ki, 11 saylı Uşaq Musiqi məktəbi 1957-ci ildə yaradılıb.

2013-cü ildə binası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

Məktəbdə 27 sinif otağı, 2 kabinet, 80 nəfərlik konsert zalı, kitabxana vardır. 13 ixtisas üzrə 109 müəllim çalışır.

Məktəbin direktoru Məmmədov Rövşən Ənvər oğludur.

Ünvan: 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi 92

Telefon: (012) 412-25-44

Bineqedi.info

Əvvəlki məqaləl siniflərə qəbulla bağlı Binəqədidə alternativ qeydiyyat mərkəzi fəaliyyətə başladı
Növbəti məqalədəKoronavirusu soyuqdəymə və allergiyadan ayırmaq üçün MƏSLƏHƏT