Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Binəqədi rayonunda qabaqlayıcı tədbirlər davam etdirilir.
Bineqedi.info saytına verilən məlumata görə, rayon ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən mütəmadi və zəruri tədbirlər həyata keçirilir.
Görülən işlər çərçivəsində günboyu rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin ətrafı, çoxmənzilli yaşayış binaları, binalardakı ümumi istifadə yerləri, binalarının zirzəmiləri, giriş blokları və pilləkənlər, lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançaları dezinfeksiya edilir.
Eyni zamanda Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhəllədaxili yolların, sakinlərin daha çox istifadə etdiyi küçələrin və səki daşlarının xüsusi məhlulla müntəzəm yuyulması işləri aparılır.
Bineqedi.info