Binəqədi sakini Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb

0
37
prezident-milli-meclis

Prezident İlham Əliyevin rəsmi elektron poçtuna Azərbaycanın müxtəlif şəhər və rayonlarından, qəsəbələrindən, kəndlərindən məktublar gəlir.

Bineqedi.info saytı paytaxtın Binəqədi rayon sakini Rəhimov Arif Rəşid oğlunun Prezindentə ünvanladığı məktubu təqdim edir:

Möhtərəm cənab Prezident.

Dünyanı cənginə alaraq bəşəri bəla halına gələn koronavirus infeksiyası çox təəssüflər olsun ki, Vətənimizdən də yan keçmədi. Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmiz pandemiya ilə mübarizədə dünya ölkələri arasında ön sıralarda qərarlaşıb. İlk yoluxma faktı qeydə alınandan etibarən dövlət tərəfindən sosial izolyasiya tədbirlərinin həyata keçirilməsi, vətəndaşlarımızın da bu işdə fəallıq göstərməsi bu mübarizədə müsbət dinamikaya gətirib çıxardı.

Görülən tədbirlərdə dövlətimizə dəstək olan biz könüllülər pandemiyanın risk qrupuna daxil olan ağsaqqallarımıza, ağbirçəklərimizə xidmətdən qalmırıq. Sizin “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” sözlərinizi qapı-qapı gəzərək onlara çatdırmaqdan böyük qürur hissi duyuruq. Ölkə vətəndaşlarına göstərdiyiniz diqqət və qayğıya görə gənclər adından Sizə dərin minnətdarlığımızı bildiririk. Arzu edirik ki, yüksək səyləriniz, uzaqgörən siyasətiniz nəticəsində ölkəmiz bu sınaqdan da üzüağ çıxacaqdır. Biz birlikdə güclüyük.

Dərin hörmətlə, Rəhimov Arif Rəşid oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

 

Əvvəlki məqaləBinəqədi qəsəbəsində yeni məktəb inşa olunacaq
Növbəti məqalədəBinəqədi rayon MKS “Ucadan oxu” layihəsi çərçivəsində 42 videoçarx təqdim edib