Binəqədi rayon MKS “Ucadan oxu” layihəsi çərçivəsində 42 videoçarx təqdim edib

0
56

Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) dünyanı bürümüş koronavirus pandemiyasına qarşı qoruyucu tədbirlər çərçivəsində fəaliyyətini öz “Instagram” və “Facebook” hesabları üzərindən davam etdirərək “Ucadan oxu” layihəsini həyata keçirir.

Bineqedi.info xəbər verir ki, kitabxanadan  bildirilib ki, Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları layihə çərçivəsində uşaqlar üçün nağıl səsləndirərək sosial şəbəkələrdə yerləşdiriblər. Karantin müddəti ərzində oxuculara 2 min 735 baxış göstəricisi ilə 42 “Ucadan oxu” videoçarxı təqdim olunub.

Qeyd edək ki, Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin “Ucadan oxu” layihəsi 2018-ci ildən həyata keçirilir. Belə ki, kitabxana əməkdaşları rayon üzrə yerləşən uşaq bağçalarına gedərək uşaqlar üçün ucadan nağıl oxuyur, tapmacalar və müxtəlif oyunlar təşkil edirlər. Karantin müddətində isə layihə onlayn olaraq davam etdirilir.

Kitabxana, həmçinin Baş İdarənin başlatdığı #evdeqal, #şeirdepozitivol, #kitabxanaçınıntövsiyəsi, #birlik, #yalligedek, #menoxudumsendeoxu, #evdeqalevdeyarat və s. challenge-lərdə iştirak edir.

 

Əvvəlki məqaləBinəqədi sakini Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
Növbəti məqalədəBinəqədidə qadın kafedən 2 min manatlıq oğurluq etdi