İlham Əliyev, Azərbaycan gəncliyinin Hamisidir !
Bu gün Azərbaycanda gənclər siyasəti dövlətin xüsusi önəm verdiyi priaritet sahələrdəndir. Fövqəladə siyasi dühaya sahib olan öndərimiz H. Əliyev tərəfindən əsası qoyulan uğurlu siyasi kurs möhtərəm prezident İ. Əliyevin rəhbərliyi ilə, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə ardıcıl şəkildə davam etdirilir, gənclərin faydalı məşğulluğu təmin edilir, dinamik inkişaf yolunda ideya müəllifi kimi çıxış etməsinə geniş imkanlar yaradılır.
Hələ 2005- ci ildə “Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında” Prezident tərəfindən imzalanmış sərəncama əsasən, hər bir gənc fərdi qaydada özünü şəxsiyyət və idarəçi kimi yetişdirməli,daim təşəbbüskarlıq nümayiş etdirməli,özünə tənqidi yanaşmağı, problemlərin həlli yolunu özü axtarıb tapmağı, heç kəsdən asılı olmamağı bacarmalıdır.
Təbii ki, hər zaman müdrik məsləhətinə,faydalı təcrübəyə ehtiyacımız var. Amma sürətlə qloballaşan dünyanın inkişaf dinamikasına ayaq uydurmaq üçün daim axtarışda olan,yeniliyə açıq ideyalarla zəngin, yüksək peşə vərdişləri və əqli potensiala malik gənclər ordusu uğurlu gələcəyimizin sərmayəsi olan beyin kapitalı, cəmiyyətin aparıcı qüvvəsidir.
Hər bir güclü dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsli hazırlamaqdır. Bu gün ölkə başçısı yüksək vəzifələrə gəncləri təyin etməklə dövlətin gələcəyini əmin əllərə əmanət etmiş olur. Dövlətin uğurlu gənclər siyasəti Azərbaycan gəncinin dünyamiqyaslə layihələrə imza atması,idarəetmənin Azərbaycan təcrübəsinin formalaşması, ölkənin idarə olunmasında gəncliyin rolunun yüksəlməsi şəklində öz bəhrəsini verir, dünyanın idarə olunmasında Azərbaycan gənclərinin önəmli söz sahibi olacağına əminlik yaradır.
Dərin inam hissi ilə deyə bilərik ki, biz- Azərbaycan gəncliyi bu yolda ən etibarlı bələdçimiz olan İ. Əliyevin rəhbərliyi ilə çox möhtəşəm nailiyyətlər əldə edəcək,daim zəngin mənəvi – tarixi köklərimizə dayanaraq milli mövqeyimizi müdafiə edərək vətənimizi dünyanın diqqət mərkəzinə çevirəcəyik.
Yaşasın Azərbaycan gəncliyi və onun uğurlu öndəri İ.Əliyev.
Yaşasın Azərbaycan !
Namiq Tarverdiyev
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi