Bakıda xüsusi karantin rejimini pozan kafe aşkarlanıb.
Bineqedi.info-ya verilən məlumata görə, hadisə paytaxtın Binəqədi rayonunun Dərnəgül qəsəbəsində yerləşən “Çinar” kafesində qeydə alınıb. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsi əməkdaşlarının və Çevik Polis Alayının birgə keçirdiyi müvafiq tədbirlər nəticəsində müəyyən edilən vaxt rejimindən kənar saatlarda fəaliyyət göstərən kafedə müştəri qəbulu həyata keçirildiyi məlum olub. Müvafiq tədbirlərlə kafenin icarədarı Nahid Əliyev İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələri ilə 200 manat, digərləri isə 100 manat məbləğində cərimə edilib.