Binəqədi rayonu ərazisində yerləşən və sakinlərin üz tutduqları mədəniyyət və istirahət parklarından biri də şəhid Ramiz Aboyevin adını daşıyır.
Bineqedi.info-nun məlumatına görə, Aboyev Ramiz Nazim oğlu 1 sentyabr 1968-ci ildə dünyaya göz açıb.
Qarabağ müharibəsi başlayan zaman həqiqi hərbi xidmət keçməsinə baxmayaraq, könüllü olaraq özünümüdafiə batalyonunun Şuşa şəhərində ordu sıralarına yazılıb və kəşfiyyatçı olub.
Müharibə zamanı Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəallıqla iştirak edib.
Qeyd edək ki, hazırda şəhidin adını daşıyan bu park Sovetlər dövründən fəaliyyət göstərir, 1961-ci ildə yaradılıb. Sahəsi 6 hektardır.
M.Ə.Rəsulzadə qəsəbəsi İ.Hidayətzadə küçəsi 16 ünvanında yerləşir. Parkın direktoru Urucəliyev Fikrət Zinun oğludur.
Telefon: (012) 412-43-02