Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 54 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin (sex kimi fəaliyyət göstərir) içərisindəki əşyalar və 1 ədəd kondisioner yanıb.
Bu barədə Bineqedi.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.