Binəqədidə arvadının başını kəsən kişinin işi – Məhkəmədə

0
53

Bakının Binəqədi rayonunda arvadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən 1970-ci il təvəllüdlü Tufan Qurbanovun barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bineqedi.info xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun icraatına verilib.

Yaxın günlərdə bu dəhşətli qətl olayı ilə bağlı məhkəmə prosesi başlanacaq.

İttihama görə, bu ilin fevralın 11-də paytaxt sakini Tufan Qurbanov 1979-cu il təvəllüdlü həyat yoldaşı Lalə Qurbanovanı boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürüb.

Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Tufan Qurbanov saxlanılıb.

O, istintaq verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib. Bildirib ki, qətli qısqancliq zəminində törədib.

Tufan Qurbanovun ifadəsinə görə, həyat yoldaşının başqa şəxslər münasibətinin olduğundan şübhələnib və əsəblərinə hakim ola bilməyərək onu öldürmək qərarına gəlib. O, evdə xanımına çoxsaylı bıçaq zərbələri endirib və onun öldüyünə əmin olmaq üçün boğazını kəsib.

Qeyd edək ki, ailənin 3 övladı qalıb.

İstintaq orqanı tərəfindən Tufan Qurbanovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Əvvəlki məqaləBinəqədidə sex yanıb
Növbəti məqalədəBinəqədi rayonunda polis işçilərinin peşə bayramı qeyd olunub – FOTOLAR