Binəqədi rayonunda monitorinqlər davam etdirilir – FOTOLAR

0
58

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən karantin rejimi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin, Rayon İcra Hakimiyyətinin, Rayon Polsi İdarəsinin və mobil qrup üzvlərinin iştirakı ilə Binəqədi rayonu 8-ci mkr. İ.Dadaşov və C.Xəndan küçələrində fəaliyyət göstərən ticarət obyektlərində monitorinqlər davam etdirilir.

Bineqedi.info-ya verilən məlumata görə, reydlər zamanı rayon ərazisindəki supermarketlərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilib.
Sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyin vacibliyi barədə vətəndaşlara tövsiyələr verilmiş, bu qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq və digər intizam tənbeh tədbirləri tətbiq edilmişdir.
Bineqedi.info

Bineqedi monitorinq

Əvvəlki məqaləKafe və restoranlar açılır – VİDEO
Növbəti məqalədəNazirlik: Yeni tədris ilinə hazırlıq məsələsi müzakirə olunur