Bineqedi.info xəbər verir ki, kafe və restoranların fəaliyyətə başlamasına bir neçə gün qalmasına baxmayaraq artıq AQTA tərəfindən iştimai iaşə obyektlərdə maarifləndirmə təbliğat və təşviqat işlərinə başlanılıb.
İçtimai iaşə obyektlərinin rəhbərləri,onların personalı və kafelərə təşrif buyuran müştərilər davranış qaydalarına ciddi riayət etməlidirlər və bu davranış qaydalarının təbliği və təşviqi ilə bağlı olaraq AQTA tərəfindən maarifləndirici posterlər hazırlanıb.
Xəstəliyə yoluxma riskini azaltmaq üçün ictimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi zəruridir. Təmizlik-dezinfeksiya işləri iş saatı ərzində əsasən işlək sahələrdə, iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir. Sanitar gigiyenik qaydalara əsasən, ictimai iaşə müəssisələrində sanitar məişət otaqlarının işlək və təmiz vəziyyətdə saxlanmalı, axar isti və soyuq su təchizatı təmin edilməlidir. Hər bir müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməsi şərtdir. Qeyd edək ki, İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar. Bununla yanaşı yeməklər hazırlanarkən emala riayət edilməsi, o cümlədən xam məhsulların istifadədən əvvəl təmizlənməsi, yemək dəstlərinin, mətbəx avadanlıqlarının, çirkli səthlərin mütəmadi olaraq yuyulub təmizlənməsi mütləqdir.