Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 24-25 avqust 2020-ci il tarixlərində Şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş “Voleybol” turniri keçirilib.
Bineqedi.info-ya verilən məlumata görə,
“Voleybol” (oğlanlar) turnirinin nəticəsinə əsasən 1-ci yeri “Azal” komandası, 2-ci yeri “Natiq” komandası, 3-cü yeri “Azəri” komandası tutub.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq COVID-19 virusunun qarşısının alınması məqsədi ilə sosial məsafə qorunub və yarış açıq hava şəraitində keçirilib. İştirakçılar hərarətləri yoxlanıldıqdan sonra stadiona daxil olublar.
Bineqedi.info