Binəqədidə “Qurtuluşdan qələbəyə” adlı videokonfrans keçirilib

0
53
Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP-ın yaradılmasının 28-ci ildönümü münasibətilə “Qurtuluşdan Qələbəyə” adlı videokonfrans keçirilib. Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə RİH başçısının müavini Vüsar İsmayılov, rayon təşkilatının Şura üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, noyabrın 21-i xalqımızın həyatında böyük tarixi və ictimai-siyasi əhəmiyyət kəsb edən əlamətdar bir gündür. YAP-ın yaranması tarixi zərurət idi. Azərbaycanın ötən əsrin 80-ci illərinin sonlarında, 90-cı illərinin əvvəllərində düşdüyü mürəkkəb, böhranlı və faciəli vəziyyətə dözə bilməyən 91 nəfər vətənpərvər ziyalı 1992-ci il oktyabr ayının 16-da “Səs” qəzeti vasitəsilə ulu öndər Heydər Əliyevə müraciət edərək ölkəmizi bu böhranlı vəziyyətdən çıxarmağı xahiş etdilər. Ulu öndər Heydər Əliyev bu müraciətə 1992-ci il oktyabrın 23-də cavab verdi. Qüdrətli siyasi xadim Heydər Əliyevin bu cavabı, əslində, proqram xarakterli bir sənəd idi. Beləliklə, 1992-ci il noyabr ayının 21-də xalqımızın dahi oğlu, milli təəssübkeşimiz, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirilib.
Ramiz Göyüşov qeyd edib ki, ulu öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycanı parçalanmaq, separatçılıq, vətəndaş müharibəsi, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Ölkədə möhkəm daxili ictimai-siyasi sabitliyi, qanunçuluğu təmin etdi. Müdrik siyasi xadim, ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyev ölkəmizin müasir dünyamızın yeni çağırışlarına uyğun şəkildə inkişaf etməsi üçün çoxşaxəli səmərəli fəaliyyət həyata keçirir. Dövlət başçımızın sədaqətli məsləkdaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva respublikamızın hərtərəfli inkişafına və dövlətimizin daha da qüdrətlənməsinə böyük töhfələr verir. Bu gün ölkəmizin möhtəşəm uğurlar qazanmasında YAP-ın böyük xidmətləri var. Həmçinin dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu ilin sentyabr ayının 27-dən başlayaraq ordumuzun uğurlu əks-həmlə əməliyyatlarına toxundu. Xalqımızın iradəsi, dövlət başçısının siyasi qətiyyəti ilə torpaqlarımızın işğaldan azad olunmasını böyük tarixi, siyasi hadisə adlandırdı.
bineqedi-icra-vusar
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısınınm müavini, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Vüsar İsmayılov tarixi və siyasi proseslərə nəzərə salaraq qeyd etdi ki, bu partiya yenicə müstəqilliyinə qovuşmuş bir ölkənin yenidən parçalanmaq təhlükəsi qarşısında qaldığı bir zamanda ölkənin mütərəqqi fikirli insanlarının, ziyalılarının təşəbbüsü, ulu öndərin müdrikliyi sayəsində müxalifətdə ikən yaradıldı və 7 aydan sonra hakimiyyətə gəldi. Gəlişi ilə Azərbaycan tarixində yeni bir inkişaf dövrünün başlanğıcını qoydu. Bu gün də ümummilli lider Heydər Əliyevin idelayaları, siyasi kursu ölkəmizdə uğurla davam etdirilir və ölkəmizin bu günkü inkişafına şərait, gələcək inkişafına əsaslı zəmin yaradır.
Binəqədi rayon təşkilatının sədri həmçinin dövlət başçısı, YAP-ın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə həyata keçirilən irimiqyaslı iqtisadi və sosial layihələrdən danışıb.
YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev qeyd edib ki, Azərbaycan 1990-cı illərin əvvəllərində çox çətin vəziyyətdə olub. Belə bir vəziyyətdə Ulu Öndərin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaranması və onun yenidən hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edib. Bu gün ümummilli lider Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi YAP-ın sonrakı inkişafını şərtləndirən əsas amildir. Həmçinin ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi, gənclərə yüksək səviyyədə təhsil almaq, ictimai-mədəni həyatda fəal iştirak etmək və dövlət idarəçiliyində təmsil olunmaq üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə təşəkkür edib və onlara göstərilən etimadı layiqincə doğruldacaqlarını vurğulayıb.
Sonda partiya fəalları Elmar Həşimov, Almaz Həsrət, Samirə Həsənova çıxış edərək partiyamızın yaradılmasının 28-ci ildönümü və tarixi qələbələrimiz münasibətilə xalqımızı və partiya üzvlərini təbrik ediblər.
Bineqedi.info
Əvvəlki məqaləBinəqədidə mobil işçi qrupları tərəfindən reydlər davam etdirilir
Növbəti məqalədəBinəqədidə dəhşətli intihar – Korifey sənətkarımızın oğlu…