Qalmaqallı ad günündə Mətanət İsgəndərli də olub – VİDEO

0
64
karantin-mekteb-direktoru-naile

Xəbər verdiyimiz kimi, Bakıda özünə ad günü keçirən qalmaqallı məktəb direktoru Nailə Məmmədova cərimələnib.

Bineqedi.info saytı DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədovanın doğum günü məclisi təşkil etməsi ilə bağlı videomateriallar yayılandan sonra Daxili İşlər Nazirliyinin əməkdaşları dərhal araşdırmalara başlayıb və fakt təsdiqini tapıb.

Xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq özünə ad günün keçirən məktəb direktorunun şad günündə Əməkdar artist Mətanət İsgəndərli də iştirak edib.

Müğənni sözügedən tədbirdə qonaqlar üçün mahnılarını səsləndirib.

Həmin anın videosunu təqdim edirik.

Bineqedi.info saytı

 

Əvvəlki məqaləBinəqədi Rayon Məhkəməsi tikinti şirkətini 8 min manat cərimələndi
Növbəti məqalədəPrezident İlham Əliyevə ad günü təbrikləri – Dünya liderləri yazırlar – MƏKTUBLAR